Uzun Həsənə aid edilən məşhur portret əslində onun deyilmiş - FAKTLAR

27, 02, 24
14:30

Uzun Həsənə aid edilən məşhur portret əslində onun deyilmiş - FAKTLAR

Ağqoyunlu hökmdarı Uzun Həsənlə bağlı tarixi səhv üzə çıxıb. 

"Azərbaycan Reallığı"nın məlumatına görə, alman zərgər, qravür ustası, naşir və rəssam Teodor de Bryın (1528–1598) 1596-cı ildə çəkdiyi portret bir çox mənbələrdə səhvən Uzun Həsənə aid edilib.

Fransız yazıçı Jan Jak Bissard (1528–1602) tərəfindən yazılmış "Vitae et Icones Sultanorum Turcicorum, etc" (Türk Sultanların həyatları və ikonaları, 1596–1597) əsərinin 218-ci səhifəsində Osmanlı bəylərbəyisi Xədim Həsən Ağa haqqında məlumat verilib və məlum portret dərc edilib.
Con E.Vudsa aid "Ağqoyunlu" (The Aqquyunlu: Clan, Confederation, Empire) əsəri 1993-cü ildə Türkiyədə "Milliyet Yayın" tərəfindən türk dilində çap edilərkən kitabın cildində həmin portret Uzun Həsən imiş kimi göstərilib.

2012-ci ilin oktyabrın 29-da Bakı şəhərində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan-Polşa diplomatik əlaqələrinin 540 illiyinə həsr olunmuş 2 ədəd poçt markası təqdim edilib. Qiyməti 60 qəpik, tirajı isə 13 125 ədəd olan həmin markalardan biri Uzun Həsənə həsr olunub.

2016-cı ildə Tofiq Nəcəflinin nəşr etdirdiyi "Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu Dövlətləri" kitabın cildində Xadim Həsən Ağaya həsr edilmiş həmin portretdən istifadə edilib.

Əksəriyyət elə bilir ki, bu fotodakı Uzun Həsəndir. Əslində isə fotodakı Osmanlı bəylərbəyisi və dənizçisi Xədim Həsən paşadır.




Bizimlə əlaqə saxlayın