Azərbaycanda yeni kanal açılır

19, 03, 24
16:00

Azərbaycanda yeni kanal açılır

Azərbaycanda “Sport TV" MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısına lisenziya verilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Audiovizual Şurasının iclasında qərar qəbul edilib.

Bildirilib ki, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş “Sağlam Media” MMC-nin və “Orion Sky” MMC-nin iddiaçı kimi müsabiqəyə buraxılması və iddiaçıların müsabiqə şərtlərinə uyğunluğu və yayım imkanları barədə rəy verilməsi üçün müvafiq komissiyanın yaradılması haqqında qərar qəbul edilib.

Bundan başqa, qəbul olunmuş müvafiq qərara əsasən “AZ-EVRO TEL” MMC-yə (“Azeurotel”) sadə platforma operatoru lisenziyası verilib.

Bizimlə əlaqə saxlayın