Allahverdi Yolçuyev əməliyyat olunacaq

04, 04, 24
09:30

Allahverdi Yolçuyev əməliyyat olunacaq

Parkinson xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev əməliyyat olunacaq.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" verilişində bildirib:

"Şükür ki, artıq Azərbaycanda da beyinə çip yerləşdirmə əməliyyatını edirlər. Qazaxıstanda bu əməliyyatın qiyməti 10 min dollardan çox idi.

 Türkiyədən gələn həkimlər demişdilər ki, sənətçidir, 30 minə yox, 25 min dollara edərik. Bu yaxınlarda isə Türkiyədən bir professor gəlmişdi, o da dedi ki, aparaq Türkiyədə edək, amma mən qorxdum, razılaşmadım. Şükür ki, indi Azərbaycanda var".

Proqram zamanı qeyd olunub ki, Allahverdi Yolçuyevin əməliyyat xərci (22 min dollar) xəstəxana tərəfindən qarşılanacaq.



Bizimlə əlaqə saxlayın