Xalq artisti: "Sosial şəbəkə ilan zəhəri kimidir"

10, 06, 24
14:00

Xalq artisti: "Sosial şəbəkə ilan zəhəri kimidir"

Xalq artisti Nurəddin Mehdixanlı sosial şəbəkələrdən danışıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, "Zaurla Günaydın" verilişinə qonaq olan aktyor sosial şəbəkə vasitəsilə məşhurlaşmaqdan söz açıb. O bildirib ki, insanlar bu platformalardan düzgün istifadə etməlidir:

"Sosial şəbəkə ilan zəhəri kimi bir şeydir. Düzgün istifadə edərsən sənin üçün şəfa, dərman olar. Qaydasında istifadə etməzsən zəhər olub səni öldürər. Ona görə bu gün sosial şəbəkəni qaydasında istifadə etməlisən. Hər şey insan şüurunun bəhrəsidir".

Bizimlə əlaqə saxlayın