“O boyda kişinin tutduğu işə bax! Allah ona lənət eləsin! “
“O boyda kişinin tutduğu işə bax! Allah ona lənət eləsin! “
Yevlaxda itkin düşən 13 yaşlı qızı kimin qaçırdığı müəyyən edilib. Onu əmisinin qaçırması və seksual hərəkətlərə məruz qoyması ehtimal olunur.
Ümumiyyətlə, son vaxtlar Azərbaycanda zorlama xəbərlərinin sayı artıb.
müğənni Əlikram Bayramov bu tip hadisələrin artmasının günahını sosial şəbəkələrdə görüb:
“Bu hadisələrin artmasının günahkarı sosial şəbəkələrdir. Sosial şəbəkələr yaman gündədir, mənasız adamlar, hər yerindən duran bir səhifə açır, mənasız paylaşım edir, bildi-bilmədi xəbərlər yayır.
Bayaq baxıram, elə şeylər yazırlar ki, heç elə hadisə olmayıb. Ümumiyyətlə, saxta xəbərlərlə insanları yoldan çıxarıb tərbiyəsini pozurlar. Bu tip xəbərlər neçə-neçə insanı bədbəxt edib.
Mən sovet ideologiyası ilə yaşaya-yaşaya gəlib bu günə çıxmışam. Niyə 20-ci əsrdə belə şeylər yox idi? Amma 21-ci əsrdə uşaq yandıran kim, qız qaçıran kim...”
Sənətçinin sözlərinə görə, cinayətkarların cəzasını sərtləşdirmək çıxış yolu ola bilər:
“Həmin şəxsləri ciddi cəzalandırmaq lazımdır, qoy digərlərinə də dərs olsun! 10 il həbslə məsələ düzələn deyil. İnsanlar hüquq, qayda-qanun bilmirlər. Yevlaxda baş verən hadisə dəhşətlidir. O boyda kişinin tutduğu işə bax!! Allah ona lənət eləsin! Sən hara, 13 yaşlı uşaq hara? Yaşına-başına bax, namərd köpək oğlu!!! O, sənin öz balandır!
Adam əsəbdən partlayır. Bəli, bütün dünyada belə hadisələr olur, sanki insanlar azğınlaşıblar. Arada qarşıma çıxır, oxuyuram. Türkiyədə də belə hadisələr tez-tez baş veriro. Oxuduqca adam dəhşətə gəlir. Düşünürsən ki, İlahi, biz hara gedirik? Bu insanlar necə belə düşüncəsiz ola bilir?
Məəttəl qalmışam. Bircə onu bilirəm ki, dövlətin qanununa riayət etməyənlər böyük cəza almalıdırlar. Sərt cəzalar olsa, hər şey düzələcək.
Özüm də körpə uşaq böyüdürəm, nəvələrim var. Bir nəvəm 5 yaşındadır, hazırlığa gedir. İnanırsınız, özüm aparıb müəllim yanına qoyuram, sonra gedib götürürən. Görürəm ki, digər valideynlər də gəlib. Bu cəmiyyətin dəhşətli problemidir. Hamı narahatdır. Necə narahat olmasın ki?! Allah bizə rəhm eləsin! Cəmiyyət nadürüstlərdən təmizlənsin”.
AZƏRBAYCANREALLIĞI.COM