yuxarı
Əməkdar artist Qarabağ Universitetində dərs DEYƏCƏK
24, 10, 24
09:00
Əməkdar artist Qarabağ Universitetində dərs DEYƏCƏK
Əməkdar artist, xanəndə Ehtiram Hüseynov Xankəndidə Qarabağ Universitetində işə başlayıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, xanəndə hazırda Qarabağ Universitetində İncəsənət fakültəsində dərs deyir. O, buna qədər Azərbaycan Milli Konservatoriyasında Muğam fakültəsində müəllim kimi çalışırdı.
Uzun zaman ağır xəstəlikdən əziyyət çəkən müğənni həkimlərin məsləhəti ilə doğma yurdu Laçında yaşayırdı. O, Laçına köçdükdən sonra sağalmağa başladığını bildirib.

Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək