“Allah eləsin ki, TikTok bağlansın”

31, 10, 24
14:30

“Allah eləsin ki, TikTok bağlansın”


Əməkdar artist Yusif Mustafayev sosial şəbəkələrdə haqqında yazılanlara əsəbiləşdiyini söyləyib.

"Azərbaycan Reallığı" xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “Elgizlə izlə” verilişində söz açıb.

Mustafayev Azərbaycanda “TikTok”un bağlanmasını istədiyini bildirib:

“Allah eləsin ki, bu TikTok bağlansın, nə yaxşı olar. Məndə bir pis xüsusiyyət var ki, haqqımda yazılan rəylərə baxıram. Oxuyuram və çox əsəbiləşirəm. Bu mənim mənfi xüsusiyyətimdir”. 


Bizimlə əlaqə saxlayın