“Formula 1” filminin qapalı nümayişi keçirildi - Fotolar

28, 06, 25
13:00

“Formula 1” filminin qapalı nümayişi keçirildi - Fotolar


Formula 1 yarışlarının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat  Şirkətinin dəstəyi ilə “Formula 1” idman dramının premyeradan öncə nümayişi keçirilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, filmin rejissoru “Top Qan: Meverik” və “Cəsurlar işi” kimi işləri ilə tanınan Cozef Kosinskidir.
Baş rolları Hollivud ulduzları Bred Pitt, Demson İdris və Xavyer Bardem canlandırıblar.

Filmdə həmçinin hazırda yarışan Formula 1 pilotları da iştirak ediblər. Layihənin prodüserlərindən biri yeddiqat dünya çempionu Lyuis Hemiltondur.

Çəkilişlər 2023-cü ildə başlayıb və real traslarda aparılıb. Bu film üçün xüsusi avtomobillər hazırlanıb. Onlara kamera, qeydiyyat qurğuları, akkumulyatorlar və ötürücülər də daxil olmaqla on beş dayaqlı sistem quraşdırılıb.

Uydurma APXGP komandası öz pit stop zonası, komanda körpüsü ilə təmin olunub, film üçün hazırlanmış yarış avtomobilləri isə yarışlardan əvvəl start düzülüşünün sonunda yerləşdirilib. Üç ay ərzində yürüşlərə hazırlaşan aktyorlar bolidlərin içində əyləşiblər.
Filmin süjeti APXGP komandası ətrafında qurulub.

Ağır qəzadan sonra avtoidmandan uzaqlaşmış əfsanəvi pilot Sonni Heys (Bred Pittin ifasında) traslara qayıdır ki, komandanın ikinci pilotu və gənc, istedadlı pilot Coşua Pirsin (Demson İdrisin ifasında) mentoruna çevrilsin.

Qapalı nümayişdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilatların rəhbərləri, həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin qonaqları iştirak ediblər.

Gecə “Formula-1” filminin birgə izlənməsi ilə yekunlaşıb.


Bizimlə əlaqə saxlayın