"İsti havada Kosmetoloji xidmətlər insan sağlamlığı üçün ciddi fəsadlar yaradır" - Kosmetoloqdan həyəcanlı açıqlama

08, 08, 23
18:30

"İsti havada Kosmetoloji xidmətlər insan sağlamlığı üçün ciddi fəsadlar yaradır" - Kosmetoloqdan həyəcanlı açıqlama


Yay fəsili ilə bağlı havanın gözlənilməz şəkildə isti keçməsi xüsusən də avqust ayında temperaturun olduqca yüksəlməsi insan sağlamlığında ciddi fəsadlara yol aça bilər, hətta bununla bağlı sosial mediada tibb sahəsində çalışan həkimlərin adiyyəti qurumların vətandaşlara kölgəli məkanlarda olmaq tövsiyyə edlir.

Mümkün qədər açıq havaya çıxmamaq, evdən çıxarkən insanlar günəş əleyhinə qoruyucu vasitələrdən istifadə etməsi, başlarını günəş şüasından qorumaları həmçinin çoxlu maye qəbul etmələri tövsiyyə olunur. 

İnsanların xüsusən də xanımların ən çox üz tutduğu yerlərdən biri də Kosmetoloji xidmət mərkəzləridir amma yay fəslində havanın olduğca isti keçməsi ilə bağlı bu xidmətlərin insan sağlamlığı üçün hansı fəsadları olması ilə bağlı "Azərbaycan Reallığı" olaraq tanınmış həkim Kosmetoloq Şəbinəm Məmmədova ilə əlaqə saxladıq. O bildirir ki, yay fəslində dəridə tag vəziləri, tır vəziləri daha aktiv işləyir. Buna görə də kosmetoloji prosedurdan əvvəl pasientə xəbərdarlıq edilməlidir.

İlk öncə lazer epilyasiyadan danışmaq isterdim. Yay fəslində lazer epilyasiyadan sonra mütləq dəriyə yanğını azaldan kremlər, köpükler çəkilməli daha sonra yuksək qoruyucu faktorlu kremlər çəkilməsi tövsiyyə olunur. Birbaşa düşən güşən çaylarında qorunmaq lazımdır, çünki lazer prosedurundan sonra dəri həssaslaşır və piqment ləkələrinin daha sürətlə yaranmasına şərait yaradır.  

İkinci en böyük fəsad yarada biləcək prosedurlar biorevitalizasiya və mezoterapiyadır. Burda əsasən tərkibə fikir vermək lazımdır. Belə ki, mürekkeb quruluşa malik preparatlar dəriyə çox gözəl cavanlaşdırıcı effekt versə də, dəriyə fəsadı da ola bilir. Belə havanın temperaturunun kəskin şəkildə artmasına görə tər vəziləri aktivləşir və bu cür preparatlar dəriyə infeksiya olunduqda allergik reaksiyalara verə bilir.

Bu cür havada aşağı molekullu hialuron turşu tərkibli mezoterapiyalar dərini həm fotoqocalmadan qoruyur, nəmləndirir həm də xırda qırışların yaranmasınln qarşısını alır. Bəs belə isti günlərdə dəriyə faydalı nə edə bilərik? Bol su qəbul etmək, yüksık qoruyucu faktorlu kremlərdən istifadə etmek, saat 12:00-dan 17:00 qədər aktiv günəşlənmədən qaçmaq, yüksək dozalı A vitamini qəbulunu dayandırmaq, nəmləndirici kremlərdən istifadə etmək lazımdır.

Həkim Kosmetoloq Şəbinəm Məmmədova ilə əlaqə Tel: (055) 5044165

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın