"Mosbet”dən aktrisa Pərvin Abıyevaya qarşı dələduzluq

07, 10, 23
09:00

"Mosbet”dən aktrisa Pərvin Abıyevaya qarşı dələduzluq


Aktrisa Pərvin Abıyeva qanunsuz mərc oyunları ilə bağlı gedən müzakirələrdə maraqlı etiraflar edib.

Aktrisa bildirib ki, arada mərc oyunlarında bəxtini sınayır, ancaq "Mosbet” adlı provayder onun udduğu 5 min manatı ödəmir.

 "Qara bazar”ın təmsilçisi "Mosbet” adlı provayderin külli miqdarda uduşları ödəmədiyi ilə bağlı səslənən ilk fakt deyil.

 Bugünlərdə Ayaz İkramoğlu adlı vətəndaş da mediaya açıqlamasında bildirib ki, "Mosbet”dən udduğu 156 min manatı ala bilməyib. 

Çox maraqlıdır ki, sırf dələduzluqla məşğul olan bu şirkəti bir çox tanınmış simalar reklam edir.

Bizimlə əlaqə saxlayın