Rüfət Axundova qarşı külli miqdarda dələduzluq

17, 10, 23
15:00

Rüfət Axundova qarşı külli miqdarda dələduzluq

Müğənni Rüfət Axundova qarşı dələduzluq edilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. Rüfət 5 il əvvəl tikinti ilə məşğul olan bir şəxsin ondan böyük məbləğdə pul aldığını və hələ də qaytarmadığını bildirib:

"Hazırda Daxili İşlər Nazirliyi araşdırma aparır. Yəqin ki, tezliklə öz həllini tapar. Ev tikintisi ilə bağlıdır. 2018-ci ildən bəri bu məsələ davam edir.

 Çox adam həmin şəxsi tanıyır, ölkədədir. Məbləğ böyükdür, qədərini isə açıqlamaq istəmirəm. İnanıram ki, polis əməkdaşları bu məsələyə çarə tapacaqlar".

Bizimlə əlaqə saxlayın