Tarkandan Bakı rekordu

21, 11, 23
13:30

Tarkandan Bakı rekordu

Meqastar Tarkanın “Baku Crystall Hall”da gerçəkləşəcək konsertinə artıq 18 mindən çox bilet satılıb.

"Azərbaycan Rellığı" xəbər verir ki, bu ölkəmizdə konsert verən rus və türk müğənnilər arasında rekord göstəricidir.

30 nəfərlik komanda ilə Bakıya gələcək Tarkan səhnədə hitlərini səsləndirəcək. Onun azərbaycanlı dinləyicilərinə sürpriz etməsi də gözlənilir.

Qeyd edək ki, bundan öncə “İticket production”ın təşkilatçılığı ilə Özbəkistan və Qazaxstanda sevənlərinin qarşısına çıxan sənətçi turnesini Azərbaycanda sonlandıracaq.

Bizimlə əlaqə saxlayın