“Eurovision 2024”də çıxış edəcək ölkələrin adları açıqlandı - SİYAHI

06, 12, 23
15:00

“Eurovision 2024”də çıxış edəcək ölkələrin adları açıqlandı - SİYAHI

Avropa Yayımçılar İttifaqı “Eurovision 2024” beynəlxalq mahnı müsabiqəsində iştirak edəcək ölkələrin siyahısını açıqlayıb.

"Azərbaycan Reallığı"nın məlumatına görə, gələn müsabiqədə 37 ölkə, o cümlədən Azərbaycan iştirak edəcək. Uzun fasilədən sonra Lüksemburq yarışa qayıdıb, Rumıniya isə iştirakdan imtina edib.

Avropa Yayımçılar İttifaqı bildirir ki, Rumıniyanın “Eurovision”da iştirakının hələ təsdiqlənməməsinə baxmayaraq, bu ölkənin yayım şirkəti ilə ölkənin mümkün iştirakı üçün danışıqlar aparılır.
Xatırladırıq ki, müsabiqənin yarımfinalları  7, 9 may, finalı isə 11 may tarixində İsveçin Malmö şəhərində keçiriləcək.

424273

Bizimlə əlaqə saxlayın