Aysel Əlizadə Xoşqədəmə məhkəmədə qalib gəldiyini açıqladı: “Hər şey sübut olundu!” - FOTO

16, 12, 23
17:30

Aysel Əlizadə Xoşqədəmə məhkəmədə qalib gəldiyini açıqladı: “Hər şey sübut olundu!” - FOTO

“İlahi ədalət adlanan bir tərəzi var. Əsla səhv etməz. Ona sığındım. Susdumsa, var olan Allaha və dövlətimin qanunlarına güvənib, inanaraq susdum. Əlacsız və ya günahkar olduğum üçün susmadım. Lakin susqunluğumla qınandım. Səbəbi qanun danışsın deyə susdum.” 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə deyib.

Sənətçi ad çəkməsə də, illər əvvəl aparıcı Xoşqədəm Hidayətqızı ilə məhkəmə çəkişməsinə işarə vuraraq, prosesdə qalib gəldiyini vurğulayıb: 

“Məni tanıyan bilir, söz-söhbət sayəsində qara PR-ı, boşboğazlığı sevmirəm. Düz olarkən özümü sübut etməyi sevirəm. Şükürlər olsun Allahıma, heç zaman tək qoymadı məni. Onun ədaləti qarşısında baş əyirəm! Hər şey sübut olundu! Dövlətimin qərəzsiz, vicdanlı məmurları, sizə halal olsun!” 


Qeyd edək ki, 2019-cu ildə Turanə Nəcəfova adlı qadın “Səni axtarıram” ictimai-sosial verilişinin efirinə çıxaraq Aysəl Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib.


Müzakirə əsnasında Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm...” kimi fikirlər səsləndirib. 


Aysel X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətini alçaltdığını əsas gətirərək təzminat iddiası qaldırıb. İddiaya 3 il müddətində müxtəlif məhkəmə orqanlarında baxılıb və bu günlərdə Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3000 manat təzminat ödəməlidir. 

Bizimlə əlaqə saxlayın