Lap ağını çıxarmısınız, dünyanın heç bir yerində bu yoxdur - Nuradan sərt sözlər

02, 01, 24
15:00

Lap ağını çıxarmısınız, dünyanın heç bir yerində bu yoxdur - Nuradan sərt sözlər

“Cəmiyyətimizdə son vaxtlar yaşlı sənətkarlara qarşı aqressiya müşahidə edirəm. Xüsusi ilə də Zeynəb Xanlarovaya qarşı qara piar qəbulolunmazdır”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri müğənni Nura Suri Azərbaycan SSR Xalq artisti Zeynəb Xanlarovanın televiziyada ənənəvi Yeni il çıxışı barədə yazılanlara cavab olaraq deyib. O qeyd edib ki, dünyanın heç bir yerində sənətkar qocaldığına görə bulinqlə üzləşmir:


“Yaşa dolan insanlara hörmətlə yanaşın. Siz də qocalaqsınız. Qocalmaq ayıb deyil. Lap ağını çıxarmısınız. 


Yekə kişilər yaşa dolan xanım müğənnilərin, aktrisaların şəklini paylaşıb ağıllarına, ağızlarına gələni yazırlar. Mənəviyyatsız insanlarla bir cəmiyyətdə yaşamaq çox üzücüdür. Evdə yaşlanan valideyinlərinizi də sevmirsiniz yəqin. 


Kim sizə haqq verib ki, insanları görünüşünə, geyiminə, yaşına görə təhqir edəsiniz? 
Sadəcə mənəviyyatsızlığınızı və dərrakəsizliyinizi nümayiş etdirirsiniz!”,-  deyə o bildirib.


Qeyd edək ki, Z.Xanlarovanın həmişə olduğu kimi bu il də Yeni il gecəsi çıxış etməsini alqışlayanlarla yanaşı, "monotonluq" adlandıranlar da olub.

Bizimlə əlaqə saxlayın