Zaur verilişini bağlayır: “Vaxtıdır”

05, 01, 24
17:00

Zaur verilişini bağlayır: “Vaxtıdır”

Aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" verilişini bağlamaq istəyir. 
 
"Azərbaycan Reallığı"
xəbər verir ki, bu barədə özü danışıb.
 
Zaur bildirib ki, artıq proqrama aparıcılıq etmək istəmir:
 
"İnsanlar düşünür ki, Yeni il zarafatıdır. Əgər Günay istəsə, Dilavər və Davudla davam etsin. Əsla zarafat deyil. Tam məsuliyyətimlə deyirəm, istəmirəm. Gəldik, gözəllikləri insanlara saçdıq. İndi zamanıdır. Hətta "Bizimləsən" haqqında da düşünürəm".
 
Günayın "Belə etmə, nə qədər əziyyət çəkmişik. İlk biz etdik. Sırf real ailənin öz evində apardığı veriliş yoxdur. Ya səninlə davam, ya da sənsiz yox" sözlərinə Zaur "Onda yox" cavabını verib.


Bizimlə əlaqə saxlayın