Aygün Kazımovanın oğurlanan səhifəsindən paylaşım edildi, izləyicilər ayağa qalxdı

17, 01, 24
16:30

Aygün Kazımovanın oğurlanan səhifəsindən paylaşım edildi, izləyicilər ayağa qalxdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın "Instagram" sosial şəbəkə platformasındaki rəsmi hesabı oğurlanıb. Sənətçinin rəsmi səhifəsi oğurlanandan sonra bütün foto və videoları silinib. 
 
"Azərbaycan Reallığı" xəbər verir ki, sənətçinin səhifəsində donuz balasının videosu paylaşılıb.
 
Kazımovanın izləyiciləri həmin görüntülərə görə bu paylaşımı edən şəxsi sərt şəkildə tənqid edərək, tapılaraq məsuliyyətə cəlb ediləcəyini yazıblar.
 
Aygün Kazımovanın rəsmi hesabını qaytarmaq üçün bununla bağlı işlər görülür.


Bizimlə əlaqə saxlayın