Azərbaycanda müğənni ölən bəstəkardan mahnı istədi - Kuryoz hadisə

19, 02, 24
14:30

Azərbaycanda müğənni ölən bəstəkardan mahnı istədi - Kuryoz hadisə

Azərbaycanda müğənni vəfat edən bəstəkara mahnı yazdırmaq istəyib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə bəstəkarın ailə üzvləri məlumat verib.

Belə ki, müğənnilərdən biri mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbərin adına olan soial şəbəkə səhifəsinə yazıb. İfaçı T.Əkbərdən ona mahnı bəstələməsini xahiş edib.

Bəstəkarın öldüyünü bilməyən müğənniyə ailə üzvləri "Üzrlü sayın, mən ölmüşəm" cavabını verib.

Müğənni isə qarşı tərəfə "çox sağ olun" deməklə kifayətlənib.

Qeyd edək ki, T.Əkbərin ailə üzvləri sözügedən müğənninin adını gizli saxlayıb.

Xatırladaq ki, T.Əkbər 2012-ci ildə 72 yaşında dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın