Müğənni Aynur Nəbiyeva: "Azərbaycan polisi həmkarlarımın çoxundan qeyrətli çıxdı"

07, 03, 24
15:30

Müğənni Aynur Nəbiyeva: "Azərbaycan polisi həmkarlarımın çoxundan qeyrətli çıxdı"

"Bəzi gənc mügənnilərimiz var ki, sözün əsl mənasında həqiqətən də istedadlı və bacarığılıdılar. Amma nədənsə bu cür mügənnilərə maneələr yaradılır. Kimlərsə onların nüfuzuna xələl gətirmək üçün loru dildə desək istənilən yola əl atırlar. Düşməni uzaqda yox, elə öz yanında axtarmaq daha faydalı olar. Təəssüflər olsun ki, düşmənlər də öz içimizdən çıxır.

"Azərbaycan Reallığı" məsələ ilə bağlı adı son vaxtlar bir neçə qalmaqallarda hallanan tanınmış mügənni Aynur Nəbiyevanın fikirlərin öyrənib. O açıqlamasında bildirib: 

"Məni tanıyanlar bilir, heç kimlə işim yoxdu. Artıq 11 ildir sənətdəyəm, bu vaxta kimi heç kiminlə mübahisəm belə olmayıb, amma nədənsə son vaxtlar özümün də gözləmədiyim halda mənə qarşı çirkin kompaniya başladılar. Şəxsiyyətim haqqında olmazın sözlər dedilər, sosial şəbəkələrdə saxta hesablarla paylaşımlarımın şərh bölümünə olmazın təhqirlər yazdılar.

Bunu edənlərin və etdirənlərin kimliyini bilirəm, sadəcə ad çəkib bu adamları reklam belə etmək istəmirəm, onlarla mübarizə aparmaq mənim şəxsiyyətimə və sənətimə yaraşmaz. Ümid bəy, təəssüf ki, bunlar mənə qarşı hücuma keçir, mən isə kənardan onlara baxıb gülürəm.

Adamlar mənim səhnəyə çıxdığım restoran rəhbərlərinə zəng edib deyirlər ki, o adamı səhnəyə buraxma. Sağ olsun restoran sahibləri onların istədiyi arzunu ürəylərində qoydu, hələ bu azmış kimi kimlərinsə vastəsi ilə haqqımda hüquq-mühafizə orqanlarına primitiv şikayətlər etdilər.

Həqiqətən mən buradan Daxili İşlər Naziri cənab Vilayət Eyvazov və polis əməkdaşlarına təşəkkür edirəm. Polisə çağırılan zaman məni böyük hörmətlə qarşlayırlar, orada əməkdaşlara mənə qarşı olan çirkin oyunları danışıram. Onlar bir Azərbaycan kişisi olaraq duyğusallaşır, amma mənim haqqımda onlara əsasız şikayət etdirən xanımcıqlar utanmır.   

Azərbaycan polisi mənim sənət həmkarlarmın çoxundan qeyrətli və namusludur. Ən çətin vaxtlarımda bəlkə də intiharla üz-üzə idim. Məni onların verdiyi ədalətli qərarlar ayaq üstə saxladı. Bir daha anladım ki, dövlətimiz kiminsə saxta sifarişini icra etmir, polislərimiz hər zaman haqqın, ədalətin yanındadı".

Aynur xanım, bu yaxınlarda döyülməyinizlə bağlı cinayət işi başlanıldığını oxuduq. Proses nə yerdədir? Bir də, sadaladınız ki, problemlər sizin işinizə hər hansı mənfi təsir göstərdi?

Birinci sualınızla bağlı heçnə danışmayacam, çünki istintaq araşdırması gedir. Bu barədə nəyisə danışıb polisin işinə mane ola bilmərəm. Qaldı 2-ci məsələyə, həqiqətən əks təbliğatın özü də bir təbliğat imiş. Bu olanlardan sonra elə adamlar mənə zəng edib dəstək durur, elə adamlar kömək etmək istəyir ki, özümə də qəribə gəlir.

Şükür Allaha kiminsə köməyinə ehtiyacım yoxdur. Onlar da sağ olsun mənə bu çətin vaxtda dəstək olmağa çalışırlar, amma bayaq dediyim kimi, dövlətimizin qanunları var. Hər kəs qanun qarşısında kimliyindən asılı olmayaraq bərabərdir. Qaldı işimə, məni yaxından izləsəz görərsiz ki, işimdə xeyli irəliləyiş var.

Tanınmış restoranlar "Star Baku", "Yaşıl Ada", "Səhər Baku" və.s restoranların səhnəsində yer alıram, hələ üstəlik şəxsi banketlər, toy məclisləri olur, bir sözlə şükür Allaha qazancımda var, yaşayışımda. Əsas odur kimlərinsə evində oturub kimlərəsə böhtan atmağa çalışmıram, öz evimdə var, bir maşınım yoxdur.

Ona da əvvəldən nədənsə həvəsim olmayıb, amma ayağımı yerdən götürə biləcək maşını almağa gücümdə çatır, sadəcə bir az zamana buraxmışam, zaman keçsin bu barədə də qərar verəcəm. 

Sonda bir sual verək, şəxsi həyatnızda vəziyyət necədir? )

Ay Ümid imkan verməyəsən yaşayaq? )

vermərsən yaşayaq. Hal-hazırda şəxsi həyatımın çox hissəsini uşaqlarıma ayırmışam, amma səmimi deyim, şəxsi həyatımda olan var, bəzi mügənnilər kimi deməyəcəm vəzifəli şəxsdir, iş adamıdır, nə bilim biznesimendir, öz işi ilə məşğul olan biridir. Düşünməyin kiminsədə ərini əlindən almışam, subay oğlandır.

Bizimlə əlaqə saxlayın