Nüşabə Musayeva yenidən hakim qarşısında - Bu dəfə hansı qərar veriləcək?

30, 03, 24
12:30

Nüşabə Musayeva yenidən hakim qarşısında - Bu dəfə hansı qərar veriləcək?

Bir neçə ay bundan əvvəl ATV telekanalında Zaur Baxşəliyevin aparıcı olduğu "Bizimləsən" verlişində müğənni Nüşabə Musayeva canlı efir zamanı atasının anasına xalası ilə xəyanət etdiyini bildirmişdir.

Müğəninin xalası Şahsənəm Canıyeva onun dediklərini yalan və şər-böhtan adlandıraraq Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xüsusi ittiham qaydasında Səbail rayon məhkəməsinə muraciət edib lakin məhkəmə mügənni barəsində bəraət qərarı çıxarıb. 

"Azərbaycan Realığı" xəbər verir ki, Qərardan narazı qalan Şahsənəm Canıyeva Bakı Apelyasiya Məhkəməsinə muraciət edib. İş hakim Cavid Hüseynin icratına verilib. Bu gün hazırlıq iclası keçirilib, zərərçəkmişin vəkili məhkəməyə yeni sübutların olduğunu bildirərək hakimə təqdim edib. Yeni sübutlar iş materiallarına əlavə olunaraq baxışa götürülüb. 

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs kimi tanınan Şahsənəm Canıyeva Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev barəsində Ədliyyə naziri Fərid Əhmədova Məhkəmə-Hüquq Şurasına Media vasitəsi ilə açıq şikayət ünvanlayaraq məhkəmə prosesi zamanı hakimin yol verdiyi nöqsanlara görə onun barəsində hüquqi tədbir görməklə, intizam icraatı başlamasın xahış etmişdir.

Onu da əlavə edən ki, son vaxtlar bəzi sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi araşdırmalar aparılır, ictimai narazılığ və narahatlıq doğuran verilişlərin efir vaxtı azaldılıb, həmçinin ATV telekanalında Zaur Baxşəliyevin aparcı olduğu "Bizimləsən" verlişinin efir vaxtıda 4 saatdan saat yarıma endirilib.

Bizimlə əlaqə saxlayın