Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

18, 04, 24
20:00

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

Müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulub. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib.

Bu səbəbdən icra məmuru tərəfindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib. Məhkəmənin qərarı ilə Rəqsanə İsmayılovanın Goranboy rayonunda və digər yerlərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub.

Rəqsanə İsmayılova qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Elşən Kazımovun sədrliyi ilə baxılacaq.

Məsələ ilə bağlı Rəqsanə İsmayılova saytımıza açıqlamasında xəbəri əvvəlcə təkzib etsə də, sonradan təsdiqləyib. Müğənni bu barədə geniş danışmaq istəmədiyini bildirib: 

"Köhnə söhbətdir və məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik".

Bizimlə əlaqə saxlayın