"Əxlaqsız qadın ana ola bilməz" - Mübahisə etdilər

01, 07, 21
21:00

"Əxlaqsız qadın ana ola bilməz" - Mübahisə etdilər


"Əlim bir tək xanıma qalxmaz. Stola saysız yumruq vura bilərəm. Bəzən ola bilər əsəbi olarsan, divara yumruq vurarsan".

Azerbaycanrealligi.com xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Həmin Zaur" proqramında deyib. Qadınlardan danışan musiqiçiyə müğənni Şəbnəm Tovuzlu münasibət bildirib.

"Əsas odur ki, kişi qadına əl qaldırmasın. Neçə ildir ailəliyəm, yoldaşım əl qaldırmayıb. Təhqir də etməyib. Kişi əsəbi ola bilər, qadına deyiləcək söz ola bilər. Qadına niyə əl qaldırasan ki? Anadır, bacıdır".

Şəbnəmin bu sözlərinə Hüseyn "Hər qadın ana deyil. Əxlaqsız qadına ana deyim? Mənim üçün əxlaqsız qadın ana ola bilməz. Mənim bacım deyil" deyərək, etiraz edib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın