Şəbnəm Tovuzlu yol polislərini saymayıb "Galenvagen"i kəmərsiz idarə etdi - VİDEO

29, 10, 22
14:00

Şəbnəm Tovuzlu yol polislərini saymayıb "Galenvagen"i kəmərsiz idarə etdi - VİDEO


Müğənni Şəbnəm Tovuzlunun daha bir qayda pozuntusu sosial şəbəkədə yayılıb. "Azərbaycan Reallığı" xəbər verir ki, müğənni idarə etdiyi avtomobildə təhlükəsizlik kəmərini taxmadan hərəkət edib. Videogörüntüdən də aydın şəkildə görünür ki,  o, bu hərəkəti yol polisi əməkdaşlarının gözü qarşısında edib. Yayılmış  videogörüntü izləyicilərin qəzəbinə səbəb olub.

Qeyd edək ki, Şəbnəm Tovuzlunun qayda pozuntularına dair qayda pozuntusu görüntüləri dəfələrlə KİV-də dərc edilib. Lakin görünən mənzərə onu deyir ki, tənqid edilən müğənni bundan nəticə çıxarmır və özünü xüsusi imtiyazlı bir şəxs kimi aparır.

Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi bu dəfə onunla ciddi söhbətlər apararaq, etdiyi hərəkətin yanlış olduğunu izah edəcək. 
 
VİDEO


AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın