Günel: "Atama heç vaxt halallıq verməyəcəm"

03, 11, 22
11:00

Günel: "Atama heç vaxt halallıq verməyəcəm"


"Azərbaycan Reallığı" xəbər verir ki, sənətçi "Ümid ilə gəl" verilişində atasıyla münasibətdən bəhs edib. O, valideyninə halallıq vermədiyini bildirib:

"Atam ölüm ayağında olanda məni çağırdılar ki, gəl halallıq ver. Getmədim, heç vaxt da halallıq verməyəcəyəm. Axirətdə də inşallah Allah məni onunla qarşı-qarşıya qoyar, mən də hesabatımı istəyərəm. Çünki, mənim öz atam yanımda olsaydı, həyətın bəzi üzlərini görməzdim. Ögey ata əlində böyüməzdim. Anam ailə həyatı qurub, 2 yaşım olanda onlar ayrılıblar.

Özü də elə-belə adam da deyil, tanınmış adamdır. Çoxları da tanıyır. Çətin vaxtlarımda, qapıma elçi gələndə yanımda olmayıbsa... Siz mənim yerimdə olsaydınız, verərdiniz? Heç vaxt da vermərəm".

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın