Məşhurların şəxsi həyatı: “Mənə maraqlı deyil ki, Röyanın əri kimdir...”

27, 02, 23
14:00

Məşhurların şəxsi həyatı: “Mənə maraqlı deyil ki, Röyanın əri kimdir...”


Başqasının şəxsi həyatı adama həmişə maraqlı gəlir. Pərdəsi bir qədər aralı qalan pəncərəyə oğrun-oğrun baxmamış keçmək, şəxsi gündəliyi gördükdə onu oxumamaq çoxlarımız üçün çətin olur. 

Bunun düzgün olmadığını anlasaq da, bəzi insanları başqalarının şəxsi həyatının xırdalıqları cəlb edir və çox vaxt söhbət üçün əsas mövzuya çevrilir. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, hər kəsə məşhurların şəxsi həyatı maraqlıdır demək düzgün deyil, bir qrup insan onların gördüyü işlərlə daha çox maraqlanır: 

“Əvvəlcə məşhur şəxslərin necə məşhur olduğuna, şöhrət qazandığına baxaq. Onlar səsləri ilə, yaxud qeyri-adi düşüncə tərzləri ilə, qazandıqları uğurlarla məşhurluq qazanırlar. Onları digər insanlardan fərqləndirən məhz budur. Hər kəs Molla Pənah Vaqif ola bilməz. Bizə isə Molla Pənahın yazdıqları maraqlı olmalıdır, şəxsi həyatı yox. Şəxsən bir psixoloq olaraq mənə maraqlı deyil ki, Röya xanımın həyat yoldaşı kimdir. Mənə maraqlı olan Röyanın performansı, səsi, ərsəyə gətirdiyi mahnının sözlərində demək istədikləridir. 

Bəzən özümü yormaq istəmirəm, kiməsə sözümü onun mahnıları ilə demək istəyirəm. Mənim ki, bir neçə kateqoriyada olan adamlar var ki, bizə kiminsə şəxsi həyatı maraqlı deyil”. 

Psixoloqun sözlərinə görə, başqalarının şəxsi həyatını müzakirə etmək tərbiyəsizlikdir: 

“Toydan 2 gün sonra “Gəlinin uşağı varmı?” düşüncəsi mənim üçün maraqlı deyil. Mənə maraqlı olan gəlin o evdə xoşbəxtdirmi, evə adaptasiya oldumu, psixoloji uyuşmanı əldə edə bildimi düşüncəsidir.  

Məşhurları da məşhur edən də bəzən onların şəxsi həyatlarının müzakirə edilməsi, diqqətdə olmasıdır. Müzakirə edənlər isə çoxdur, bəzən tənqid, bəzən təhqir edirlər.

Əslində, bir insanın şəxsi həyatını gündəmə gətirmək çox böyük tərbiyəsizlikdir. Allah hər kəsə öz evini verib, hamı da bilir ki, niyə ailə qurub. Evlənən şəxs zatən düşünür ki, ailə olum, övladım olsun, onu böyüdüm, bəhrəsini görüm. Odur ki, heç istəməzdim ki, məşhurların həyatını sıradan insanlar müzakirə etsinlər. Kiminsə atdığı addımı müzakirə etmək bizə düşməz, bunu yalnız alimlər deyə, mütəxəssis kimi düşüncələrini bölüşə bilər ki, bu addım səni uçuruma apara bilər, yaxud sənin üçün o qədər də uğurlu olmaz”. 

Əsmətxanım RZAZADƏ 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  
 

Bizimlə əlaqə saxlayın