Bir vaxtlar karantin qaydalarını pozan Niyam Salaminin restoranı indi də çayı 150 manata satır - ŞOK MEYNU SİYAHSI

12, 07, 23
12:00

Bir vaxtlar karantin qaydalarını pozan Niyam Salaminin restoranı indi də çayı 150 manata satır - ŞOK MEYNU SİYAHSI


Novxanıda yerləşən restoranların birində müştəriyə təqdim edilən hesabda ofisiantın göstərdiyi xidmətə görə böyük məbləğdə "servis haqqı"nın tələb olunması geniş müzakirələrə səbəb olub.  

Belə ki, müştəri hesabı ödəmək istəyəndə ona təqdim edilən çekdə ümumi hesabın 25 faizinin "servis haqqı" olaraq hesablanması etirazla qarşılanıb. Bəziləri 25 faizlik servis haqqının qəbuledilməz olduğunu bildirib. 

"Azərbaycan Reallığı" Müzakirələrə səbəb olan restoran "My Beach by Niyam Salami" adlanır və müğənni Niyam Salamiyə məxsusdur. 

İfaçı sözügedən biznesinin açılışını 2022-ci ilin 18 noyabrında edib. 

Restoranda qiymətlər də hər kəsin cibinə uyğun deyil. 

Niyam Salaminin qalmaqallı restoranından qiymətləri təqdim edir: 

Çoban salatı - 6 manat

Tərəvəz buketi - 10 manat

Toyuq salatı - 9 manat

Sezar salatı - 14 manat

Sobada nərə balığı - 35 manat

Tabaka - 15 manat

Kənd çolpası - 18 manat

Qafqaz kababı - 55 manat

Qədim kabab (bütöv quzu, tabaka, şüyüd plov) - 300 manat 

Quzu qolu - 29 manat

Quzu qovurma - 19 manat

Plov turşu kabab - 14 manat

Kartof lüləsi - 5 manat

Kabab assorti - 99 manat

Sadə su - 3 manat

Çay dəstgahı - 110-150 manat

Ləbləbi - 20 manat

Meyvə qurusu -15 manat

Mövsümlük meyvə - orta -20 manat, böyük- 30 manat

"Snickers", "Bounty" şokoladları - 9 manat

Çiçək çayı - 15 manat

Zəfəran çayı - 25 manat

Hər axşam 19:00-dan sonra qonaqlara canlı musiqi, hava gimnastı şousu, jonqlyor şou, rəngli quşlar şousu da təklif olunur.
Menyunun heç bir yerində isə 25%-lik servis haqqı tutulacağına dair məlumat verilməyib.

Qeyd edək ki, 2021-ci ildə Niyam Salami Sumqayıt şəhərində icarəyə götürdüyü "Salam-İ" restoranında karantin qaydalarını pozduğuna görə, 5000 manat cərimələnmişdi. 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın