"Aqşin Fateh həbs edilə bilər" - Məhkəməyə məcburi gətiriləcək

11, 08, 23
16:51

"Aqşin Fateh həbs edilə bilər" - Məhkəməyə məcburi gətiriləcək


2022-ci ildə baş vermiş  “ByFateh1” davası ilə bağlı  həbslər davam edir. Eyni dəstənin üzvü olduğu iddia edilən Firdovsi Rüstəmov barəsində davam edən məhkəmə iclasına dəfələrlə tanınmış meyxanaçı Aqşin Fatehin çağırılmasına baxmayaraq çağırışa gəlməyib. 

"Azərbaycan Reallığı" xəbər verir ki,  Avqustun 9 da 12:00-da baş tutan Binəqədi rayon məhkəmə prosesində Hakim Aygün Qurbanova Aqşin Fatehin məcburi gətirilməsi qərarı çıxarıb. 

Qeyd edək ki, eyni cinayəti iş adamına qarşı törətməsi iddia edilən meyxanaçı öz dəstə üzvünün həbsində şahid qismində məhkəməyə dəvət edilir.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın