Nərə balığı kəskin bahalaşdı

07, 10, 23
16:30

Nərə balığı kəskin bahalaşdı


Azərbaycan bazarında nərə balığın qiyməti iki dəfə artıb.

"Azərbaycan Reallığı"nın məlumatına görə, əvvəllər kiloqramı 30-40 manata təklif olunan balığın qiyməti indi 80 manata qədər qalxıb.


Satıcılar bildiriblər ki, bahalaşma xüsusilə son aylarda müşahidə edilir.

Satıcıların sözlərinə görə, bu balıq növü indi ya xaricdən, ya da müxtəlif rayonlardakı balıqyetişdirmə təsərrüfatlarından gətirilir.

Satıcılar təsərrüfat balıqlarının birdən-birə bu cür bahalaşmasını həm təklifin az olması, həm də yetişdirilmə xərclərinin çoxluğu ilə əlaqələndirirlər.

Bizimlə əlaqə saxlayın