"BRAVO"da müştərinin rəsmən QARƏT ETDİLƏR - ŞİKAYƏT

10, 10, 23
13:30

"BRAVO"da müştərinin rəsmən QARƏT ETDİLƏR - ŞİKAYƏT

"Azərbaycan Reallığı" qeyd edir ki,  paytaxt sakini bildirir ki, 5 oktyabr 2023-cü il tarixdə saat 18:45 radələrində “Bravo” supermarketlər şəbəkəsinin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ilə Akim Abbasov küçəsi ilə kəsişməsində fəaliyyət göstərən mağazasında alış-veriş edərkən almaq istədiyi ərzağın pulunun bir hissəsinin ödənişini nağdsız həyata keçirmək istəyib. 

Yekun məbləğ hesablanandan sonra plastik kartı terminalın həssas lövhəsinə yaxınlaşdırıb. Həmin an satıcı cihazda texniki nasazlıq olduğunu deyib və təxminən bir dəqiqə gözləyib. Sonra deyib ki, kartda lazımi qədər vəsait yoxdur. Müştəri kartda vəsait olduğunu bildiyindən, eşitdiyinə təəccüblənib. Yenidən cəhd etsələr də, eyni nəticə alınıb. 

Müştəri kart hesabının tarixçəsinə nəzər atıb görüb ki, “Bravo”nun xeyrinə pul silinib. İnzibatçı müştərinin hesabı olan Kapitalbank”la əlaqə saxlayıb. Bankın operatoru bildirib ki, əməliyyat uğurla həyata keçirilib. Sonra isə inzibatçı “Paşabank”la əlaqə saxlayıb. Bankdan bildiriblər ki, vəsait “Bravo”nun “Paşabankdakı” hesabına oturub.

Lakin satıcı da, inzibatçı da müştərinin pulunu qaytara bilməyəcəklərini, onun almaq istədiyi malı da verə bilməyəcəklərini deyiblər. Çünki “sistem əməliyyatı təsdiqləməyib, çek çap olunmayıb”.

Müştəri bildirir ki, ona başqa konstruktiv həll yolu göstərən də olmadığından, mağazadan əliboş qayıdıb. Sonra “Bravo”nun “facebook” səhifəsinə mesaj yazıb şikayətini bildirib. Ona cavab yazıblar ki, müraciəti qeydə alınıb və müvafiq şöbəyə yönləndirilib. Əlavə olaraq, məbləğin silinməsinə dair bildirişin şəkilini göndərməsini istəyiblər. O da göndərib. Amma üç gündür ki, məsələ həllini tapmayıb.

Olayla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bizimlə əlaqə saxlayın