“Azersun Holding”in bankı kiçilib, qazancı azalıb

16, 10, 23
14:00

“Azersun Holding”in bankı kiçilib, qazancı azalıb

“Azərbaycan Sənaye Bankı” ASC-nin 2023-cü il sentyabrın 30-na maliyyə vəziyyəti məlum olub.

“Azərbaycan Reallığı”nın məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 707,507 mln manat təşkil edib. Bu isə ötən ilin yekunu ilə müqayisədə 40,114 mln manat və ya 5,4% azdır.

Müştərilərə verilən kreditlərin həcmi isə 9 ərzində 0,9% artaraq 243,707 mln manat olub. Cari ilin sentyabrın 30-na depozit portfelinin həcmi 438,776 mln manat olub ki, bu da 2,4% azalma deməkdir.

Bankın cəmi öhdəlikləri ilin əvvəli ilə müqayisədə 6,8% azalaraq 594,229 mln manat təşkil edib.

“ASB Bank”ın cəmi kapitalı isə 2,9% artaraq 113,278 mln manata çatıb.

Cari ilin yanvar-sentyabr ayları üzrə bankın xalis faiz gəlirləri 12,001 mln manat, xalis qeyri-faiz xərcləri isə 7,506 mln manat təşkil edib. Əməliyyat mənfəəti 4,495 mln manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 125 min manat ayırıb. Mənfəətindən 890 min manat vergi ödəyən bank 2023-cü ilin ilk 9 ayını 3,481 mln manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, 2022-ci ilin sentyabr göstəriciləri ilə müqayisədə “ASB Bank”ın xalis mənfəətində 19,8% azalma müşahidə olunub.

Xatırladaq ki, bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.


Bizimlə əlaqə saxlayın