Dünyaca məşhur avtomobil nəhənginin 6 zavodunda istehsal dayandı

18, 10, 23
10:30

Dünyaca məşhur avtomobil nəhənginin 6 zavodunda istehsal dayandı

Yaponiyada “Toyota” hissələri tədarükü fabrikində partlayış baş verib.

"Azərbaycan Reallığı" xarici KİV-ə istinadla xəbər verir, partlayışdan sonra ehtiyat hissələrin tədarükü çatışmazlığı səbəbindən Yaponiyada 6 zavodda 10 istehsal xətti müvəqqəti olaraq dayandırılıb. 

İstehsal xətlərinin yenidən nə vaxt işə salınacağı hələ məlum deyil.

Partlayışın “Toyota”nın “Land Cruiser” və “RAV4” modellərinə mənfi təsir etdiyi bildirilib.

Bundan əlavə hadisə nəticəsində iki nəfər yaralanıb, müəssisədəki quruducu sobalar zədələnib.

Bizimlə əlaqə saxlayın