Azərbaycanda kartof yığımı azalıb

28, 10, 23
17:30

Azərbaycanda kartof yığımı azalıb

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 49 077,4 hektar sahədən 981 927 ton kartof yığılıb.

"Azərbaycan Reallığı"nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən verdiyi xəbərə görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9% və ya 40 min ton azdır.

2022-ci ilin yanvar-sentyabr aylarında 54 066,7 hektar sahədən 1 milyon 21,9 min ton məhsul yığılıb.

Qeyd edək ki, hesabat dövründə ən çox kartof Şəmkir (188 590 ton), Cəlilabad (171 500 ton) və Tovuz (160 000 ton) rayonlarından yığılıb.

Bizimlə əlaqə saxlayın