Gələn il Azərbaycanda orta aylıq pensiya artırılacaq

30, 10, 23
14:00

Gələn il Azərbaycanda orta aylıq pensiya artırılacaq

Gələn il Azərbaycanda orta aylıq pensiya artırılır.

“Azərbaycan Reallığı”nın əldə etdiyi məlumata görə, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, Cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16,9% artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əmək haqqının artım tempinin 10,7% hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 435 manat hədd ətrafında olacağını göstərir.
Xatırladaq ki, 2023-cü ildə ölkə üzrə orta aylıq pensiya 372,1 manatdır.

Bizimlə əlaqə saxlayın