80 min nəfər işlə təmin olunacaq – Komitə sədri

04, 11, 23
19:00

80 min nəfər işlə təmin olunacaq – Komitə sədri

Növbəti ildə 16 min insan özünüməşğulluq layihəsinə cəlb olunması nəzərdə tutulur

Gələn il işsizliyə görə sığorta ödənişi almaq hüququ olan şəxslərin dairəsinin genişlənməsi, o cümlədən, torpaq payı olan vətəndaşlar belə hüququn yaradılması, sığorta stajı barədə tələbin yumşaldılması, yeni xitam əsasının yaradılması və digər yeniliklərin tətbiq edilməsi işsizliyə görə sığorta ödənişi xərc maddəsinin dairəsinin 30%-ə qədər artmasını nəzərdə tutur. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, cari il ilə müqayisədə 2024-cü ildə işsizliyə görə sığorta ödənişləri xərcləri 4 milyon manat, yaxud 26,6%, peşə hazırlığı və əlavə təhsilin təşkili xərcləri 13 milyon manat, yaxud 37%, sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin ödənilməsi xərcləri 2 milyon manat, yaxud 50% artırılması, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 14,5 milyon manat, yaxud 16,6% azaldılması nəzərdə tutulur. 

“Özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin azaldılması, peşə hazırlığı və əlavə təhsilin təşkilinə daha çox önəm verilməsi ilə bağlıdır. 

Növbəti ildə də özünüməşğulluq layihəsi davam edəcəkdir, bu proqram çərçivəsində 10.000 nəfərin İşsizlikdən Sığorta Fondunun xərcləri hesabına, daha 6.000 nəfər isə Dünya Bankının layihəsi ilə özünüməşğulluq təlimlərinə cəlb olunması nəzərdə tutulur. Beləliklə, özünüməşğulluq proqramı ilə məşğulluğu təmin olunanların sayı 80.000 nəfərə çatacaqdır”, - komitə sədri deyib.

Komitə sədri əlavə edib ki, "İşsizlikdən Sığorta Fondunun" büdcə layihəsi 2024-cü ildə sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümü tədbirlərinin keçirilməsi, ictimai-sosial işlərin və s. xidmətlərin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcəkdir. 


Bizimlə əlaqə saxlayın