Bu petrol şirkəti Azərbaycandan gedir

17, 11, 23
15:30

Bu petrol şirkəti Azərbaycandan gedir

Çin şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunur.

“Azərbaycan Reallığı” xəbər verir ki, “China National Oil and Gas Exploration and Development Corporation” şirkətinin yerli nümayəndəliyi ləğv olunduğunu açıqlayıb.

Şirkətin yerli nümayəndəliyi 28.01.2003 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Kaycian Sun-dur.

Nümayəndəliyin kreditorları iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 340 ünvanına bildirə bilərlər.

“China National Oil and Gas Exploration and Development Corporation” ltd Çinin neft və qaz istehsalçısı “China National Petroleum Corporation”a məxsusdur.

Bizimlə əlaqə saxlayın