yuxarı
Bakıda məşhur hotel kompleksi satışa çıxarıldı
21, 11, 23
14:30
Bakıda məşhur hotel kompleksi satışa çıxarıldı
Bakıda yerləşən məşhur hotel satışa çıxarılıb.
"Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, bu, Bakıxanov qəsəbəsində yerləşən "Manor" İstirahət Kompleksidir.
Belə ki, kompleks nə az, nə çox - düz 7 milyon manata satışa çıxarılıb.
30 sot torpaq ərazisində inşa olunan kompleksin tikili sahəsi 4000 kvadrat metrdir.
Qeyd edək ki, kompleksin 2016-c ildə təqdimatı olub və mərasimdə ölkənin məşhur müğənilləri iştirak ediblər. Həmin vaxt müəssisənin sahibi Ələddin Dünyamalıyev çıxış edərək kompleksin digərlərindən fərqli xüsusiyyətləri barədə danışıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək