"Azərbaycan Dəmir Yolları"nın iki şirkəti ləğv olunur

27, 11, 23
14:30

"Azərbaycan Dəmir Yolları"nın iki şirkəti ləğv olunur

"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus “Təsərrüfat İdarəsi” və “Lokomotiv Servis” MMC-lər ləğv olunur.

"Azərbaycan Reallığı"nın məlumatına görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Təsərrüfat İdarəsi” 1996-cı ildə, “Lokomotiv Servis” 2021-ci ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 100 manat və 200 manatdır.

Bizimlə əlaqə saxlayın