Milyarderlərin sayı KƏSKİN ARTDI: 8 ayda Vahid Ələkbərovun...

01, 12, 23
09:30

Milyarderlərin sayı KƏSKİN ARTDI: 8 ayda Vahid Ələkbərovun...

2022-ci ildən 2023-cü ilə qədər bütün dünyada milyarderlərin sayı 7 faiz artıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu rəqəmlər İsveçrənin UBS bankının saytında dərc edilən araşdırmada göstərilib.


Nəşr qeyd edib ki, əvvəllər dünyada 2376 milyarder var idisə, indi bu rəqəm 2542 nəfərə yüksəlib. Onların ümumi sərvəti 9 faiz artaraq 12 trilyon dollara çatıb (əvvəlki 11 trilyon dollardan).


2022-ci ildən 2023-cü ilə qədər ən varlı şəxslərin gəlirləri Avropadakı istehlak və pərakəndə bizneslərin hesabına qismən bərpa edilib.


Hesabatda bir il əvvəl milyarderlərin ümumi sərvətinin 20 faiz azaldığı vurğulanır.
Son bir ildə sənaye şirkətlərinin sahiblərinin gəlirləri də artıb. Nəşr bildirir ki, bir sıra ölkələrdə enerji keçidi və müdafiə xərclərinin artması kontekstində bu tendensiya davam edə bilər.
Daha əvvəl rusiyalı milyarderlərin gəlirlərinin artması ilə bağlı məlum olub. "Bloomberg Billionaires Index" (BBI) analitiklərinə görə, 2023-cü ilin əvvəlindən onların sərvəti 24 milyard dollar artıb.


Aktivləri səkkiz ayda 23,2 milyard dollara yüksələn “Lukoyl”un təsisçisi Vahid Ələkbərovun (əslən azərbaycanlı) gəliri ən çox artıb.


Ən böyük itki ilə sərvəti 7,44 milyard dollara qədər azalan sahibkar Süleyman Kərimov (əslən dağıstanlı) üzləşib.(Publika.az)

Bizimlə əlaqə saxlayın