Azərbaycan Rusiyaya 36 ton yumurta ixrac edib

20, 12, 23
10:30

Azərbaycan Rusiyaya 36 ton yumurta ixrac edib

Bu gün “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) yumurta gətirilib.

“Azərbaycan Reallığı” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, bu barədə razılıq “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında bu ilin noyabrında aparılan danışıqlar zamanı əldə edilib.

Bizimlə əlaqə saxlayın