Yerli istehsal olan avtomobillərə maraq niyə azdır?

27, 12, 23
12:30

Yerli istehsal olan avtomobillərə maraq niyə azdır?

"Azərbaycan Reallığı" xəbər verir ki, Dövlət Statistika Komitəsinin son hesabatına əsasən, cari ilin 11 ayında 3079 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1267 ədəd çox minik avtomobili istehsal olunub. 

Dekabrın 1-nə qədər hazır avtomobillərin sayı 859 ədəd olub. 

Bəs, yerli istehsal olunan avtomobillər niyə anbarlarda qalıb?


İqtisadçı-ekspert Fuad İbrahimov bunu elektromobil istehsalının artması ilə əlaqələndirib:


“Dünyada elektromobil istehsalına və istehsalına sürətli keçid dövrünü yaşanılır. Son 2 ayda Azərbaycanda da belə avtomobillərin sayı təxminən 10 faiz artıb. Onların da çoxu Çindən gəlir. Bundan başqa, gömrük rüsumlarından azad olunublar. Hər bir məsələdə rəqabətə dözümlülük məsələsi var”.  


Onun sözlərinə görə, ölkəmizdə istehsal olunan avtomobillərin isə adı bizim olsa da, “dadı” bizim deyil: 


“Ona görə ki, avtomobillərin müəyyən hissələri xaricı ölkələrdən gətirilir və bizim zavodlarda yığılır. Buna görə də müasir dövrün tələblərinə cavab vermir. Eyni zamanda, həm elektromobillər, həm də digər müasir avtomobillərlə rəqabət aparmaq qabiliyyətinə malik deyil”. 


Ekspert düşünür ki, daxili istehsal olan avtomobilləri Yaxın Şərq istiqamətindəki ölkələrə satmaq olar:


“Ya da müsair dövrün tələblərin uyğun şəkildə modernizasiya etdikdən sonar xarici ölkələrə satmaq olar”.

Bizimlə əlaqə saxlayın