yuxarı
Azərbaycan iqtisadiyyatı bu qədər artacaq - PROQNOZ
28, 12, 23
09:00
Azərbaycan iqtisadiyyatı bu qədər artacaq - PROQNOZ
Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə real iqtisadi artım tempinin 3-3,5% civarında olmasını gözləyir.
“Azərbaycan Reallığı” xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Məlumata görə, o cümlədən qeyri-neft-qaz sektorunda 5-5,5% civarında iqtisadi artım proqnozlaşdırılır.
"Növbəti ildə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impluslar verəcək", - deyə bəyanatda qeyd olunub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək