Paytaxtın mərkəzindəki neft-kimya müəssisələri KÖÇÜRÜLƏCƏK

08, 01, 24
15:00

Paytaxtın mərkəzindəki neft-kimya müəssisələri KÖÇÜRÜLƏCƏK

Ətraf mühit baxımından zərərli olan mövcud neft-kimya məhsullarının istehsalı müəssisələrinin (təqribən 510 ha) Bakının mərkəzindən kənara köçürülməsi və müvafiq şəkildə zonalaşdırılması təklif edilir.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.


Qeyd edilib ki, Səngəçal və Ələt ağır sənaye sahələrinin yerləşdirilməsi üçün əlverişlidir.


Belə ki:


- burada neft və neft-kimya məhsulları terminalı kimi müəssisələr fəaliyyət göstərir;


- burada neft-kimya və neft məhsulları (dövlət ehtiyatları daxil olmaqla), mayeləşdirilmiş qaz,
 həmçinin partlayıcı maddələr və zəhərli məhsullar üçün anbarlar mövcuddur;

- ərazidə yüksək səs-küy olan maşınqayırma və metallurgiya müəssisələri fəaliyyət göstərir;


- ərazidə tikinti materiallarının (məsələn, sement zavodları) istehsalı müəssisələri fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın