DOST Agentliyi 850 minlik avtomobillər alır

16, 01, 24
16:00

DOST Agentliyi 850 minlik avtomobillər alır

"Azərbaycan Reallığı" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) yeni avtomobillər alır.

Agentlik tərəfindən 13 ədəd sedan tipli avtomobilin alınması nəzərdə tutulub.


Sifariş edilən qara və ya ağ rəngli minik avtomobillərinin texniki xarakteristikası full komplentasiyada öz əksini tapıb. Belə ki, avtomobillərin istehsal ilinin 2023, yanacaq növünün hybrid (benzin), oturacaqların və sükanının dəri, eləcə də sükanda audio və telefon idarəetmə sisteminin olması əsas şərtlərdəndir.


Eyni zamanda arxa görüntülü kamerasının (guide), arxa park sensorlarının olması zəruridir.
Nazirlik sözügedən avtomobillərə görə 850 850 manat ödəniş ediləcək.

Bizimlə əlaqə saxlayın