Xaricdən gətirilən qoyunlar ucuzlaşıb - QİYMƏTLƏR

22, 01, 24
13:30

Xaricdən gətirilən qoyunlar ucuzlaşıb - QİYMƏTLƏR

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən 24 milyon 388 min ABŞ dolları dəyərində 314 min 553 ədəd diri qoyun idxal edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. Belə ki,  2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9 milyon 938 dollar və ya 68,8%, miqdar baxımından isə 138 min 231  ədəd və ya 78,4% çoxdur.


2022-ci ilin yanvar-noyabr aylarında 14 milyon 449 min dollar dəyərində 176 min 322 ədəd qoyun gətirlib.1 ədəd qoyunun idxal qiyməti 2023-cü ilin 11 ayında 78 dollar (133 manat), ötən il isə 82 dollar (140 manat) olub. Beləliklə, idxal qiyməti son bir il ərzində 4 dollar (7manat) və ya 5,4% ucuzlaşıb.
 

Bizimlə əlaqə saxlayın