600 min manatlıq zavod əmlakını satışa çıxarır

29, 01, 24
15:00

600 min manatlıq zavod əmlakını satışa çıxarır

“Lənkəran-Kərpic” ASC balansında olan və istifadəyə yararsız bir sıra əsas vəsaitlərini özgəninkiləşdirəcək. 

“Azərbaycan Reallığı”nın məlumatına görə, bu barədə məsələ ASC-nin martın 14-də keçiriləcək səhmdarlarının növbəti ümumi yığıncağında müzakirə ediləcək.
İclasın gündəliyinə cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə icra orqanının hesabatı, idarəetmə orqanlarının formalaşdırılması və digər məsələlər daxildir.

Qeyd edək ki, “Lənkəran-Kərpic” ASC 13.11.2004 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Soltanov Mais Soltan oğludur. Şirkətin nizamnamə kapitalı 590 min 110 manat təşkil edir.

Bizimlə əlaqə saxlayın