Azərbaycanda ən çox nə yeyilir? - Statistika Komitəsi açıqladı

12, 02, 24
16:00

Azərbaycanda ən çox nə yeyilir? - Statistika Komitəsi açıqladı

Azərbaycan əhalisi ən çox süd və süd məhsulları ilə qidalanır. Adambaşına bu məhsulun illik göstəricisi 252 kiloqramdır.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Dövlət Statistika Komistəsinin məlumatında deyilir.

İkinci yerdə un və un məhsullarıdır. Bir nəfər ildə 134 kq un məhsulu qəbul edir.

Üçüncü yerdə isə yumurta və tərəvəz məhsulları dayanır. Ölkədə hər il 1 nəfər 162 ədəd yumurta və 112 kiloqram tərəvəz istehlak edir.

Ən az yeyilən qida isə balıqdır. Balıq qəbulu adambaşına 8 kq-dır.

Ölkədə kartof yeyənlərin sayı da artıb. 2021-cı ildə adambaşına düşən kartof istehlakı 75 kq olubsa, 2022-ci ildə 77 kq olub.

Bizimlə əlaqə saxlayın