Bakı Sağlamlıq Mərkəzi bu şirkətdən 5 milyonluq avadanlıq alır

13, 02, 24
15:30

Bakı Sağlamlıq Mərkəzi bu şirkətdən 5 milyonluq avadanlıq alır

Bakı Sağlamlıq Mərkəzi müxtəlif tibbi avadanlıqlar alır.

“Azərbaycan Reallığı”nın məlumatına görə, Mərkəz “Solamedical” MMC ilə razılaşıb və şirkətlə 4 mln 984 min 446 manat məbləğində müqavilə imzalanıb.

Alınacaq tibbi avadanlıqlara elektrokoaqulyator, alət masası, oksigen balonu, reduktor, bobrov, perfuzor, larinqaskop dəsti və s. daxildir.

Qeyd edək ki, “Solamedical” MMC 21.11.2019 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Səlimov Ruslan Akif oğludur. Şirkətin nizamnamə kapitalı 200 manat, hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, M. Araz, ev 18-dir.

Bizimlə əlaqə saxlayın