Gəncədə sənaye parkı yaradılacaq

16, 02, 24
14:00

Gəncədə sənaye parkı yaradılacaq

Bu il Azərbaycanda daha bir sənaye parkı yaradılacaq.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.

O bildirib ki, yeni sənaye parkının Gəncə şəhərində yaradılması nəzərdə tutulur: "Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sənaye parkının yerləşəcəyi ərazinin, prioritet istiqamətlərinin və s. məsələlərin dəqiqləşdirilməsi istiqamətində işlər görülür.

"Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi metallurgiya klasterinin yaradılması, avtomobil sənayesinin daha da inkişafı ilə lokalizasiyanın artırılması, tikinti materialları sənayesinin (kərpic, keramika, çınqıl və qum, üzlük daşı və s.), yüngül sənayenin (o cümlədən, xalça, gön-dəri, toxuculuq və s.), qida sənayesinin (meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, quşçuluq, süd və ət məhsulları, qurudulmuş və dondurulmuş meyvə, günəbaxan yağı istehsalı və s.), yeni logistika və ticarət mərkəzlərinin yaradılması və s. sahələrin müəyyənləşdirilməsi nəzərdə tutulur", - deyə S. Adıgözəlov vurğulayıb.

Bizimlə əlaqə saxlayın