Müharibə gedən ölkələr ilə Azərbaycanın TİCARƏTİ

21, 02, 24
16:00

Müharibə gedən ölkələr ilə Azərbaycanın TİCARƏTİ

Müharibə gedən ölkələr - İsrail, Fələstin, Ukrayna və Rusiya ilə Azərbaycanın ötən ay üzrə ticarət dövriyyəsi açıqlanıb.

Bu barədə "Azərbaycan Realllığı" Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 34,6 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 1,5 milyon dollar azdır.

Eyni zamanda, ötən ay Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi isə 264,8 milyon dollar həcmində olub. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 71,4 milyon dollar azdır.

Bu dövrdə Azərbaycanla İsrailin ticarət həcmi 300,6 milyon dollar olub. Bu göstərici illik müqayisədə 62,6 milyon dollar çoxdur.

Bu ilin ilk ayında Azərbaycanla Fələstinin ticarət həcmi isə 19,3 min dollar təşkil edib. Bu da illik müqayisədə 114,5 min dollar azdır.

Bizimlə əlaqə saxlayın