Rusiyadan pul köçürmələrində problemlər yaranacaq? - AÇIQLAMA

22, 02, 24
11:00

Rusiyadan pul köçürmələrində problemlər yaranacaq? - AÇIQLAMA

Rusiya Mərkəzi Bankı kölgə əməliyyatları ilə bağlı “Qiwi Bank”ın lisenziyasını ləğv etdi. Bunun ardından Rusiya-Azərbaycan pul köçürmələrində geniş istifadə olunan və “Qiwi Bank”ın məhsulu olan “Contact” ödəniş sistemi çalışmadı və eləcə də, Azərbaycan bankları vasitəsilə əməliyyatlarını dayandırdı.

Bəs əməliyyatların dayandırılması Rusiyadan ölkəmizə pul köçürmələrində ləngimələr və çətinliklər yarada bilərmi?

İqtisadçı ekpsert Xalid Kərimli “Azərbaycan Reallığı”na açıqlamasında bildirdi ki, bu günə qədər “Contact” ödəniş sistemi ilə pul köçürmələrini həyata keçirən şəxlər üçün çətinliklər yarana bilər: “Bu köçürmə sistemini daha əlverişli və ucuz hesab edən və ödənişlərini bu yolla edən şəxlərin işi çətinləşə bilər”.

Lakin ekspert qeyd edir ki, alternativ vasitələr və köçürmə sistemləri mövcud olduğundan çətinliklər uzunmüddətli olmayacaq:

“Alternativ ödəniş sistemləri üzərindən pul köçürmələri davam edəcək. Həmçinin “Azərbaycan Beynəlxalq Bankı”nın Rusiya filialı mövcuddur ki, bununla da pul köçürmələrini həyata keçirmək mümkündür. “Contact” sistemin fəaliyyətini dayandırması ümumilikdə problemlərin yaranacağı demək deyil. “Zolotaya Korona” kimi alternativ köçürmə sistemləri mövcud olduğundan köçürmələrdə ciddi problemlər gözlənilmir”.

Bizimlə əlaqə saxlayın